kargo

"Qarabağ"a 2 qol vuran hücumçunu "Barselona" aparır - SON DURUM

"Qarabağ"a 2 qol vuran hücumçunu "Barselona" aparır - SON DURUM

78676
"Bazel" hücumçusu Artur Kabralı gələn ay satmağa hazırdır.

AMİA.AZ "Goal"a istinadən xəbər verir ki, Konfrans Liqasının H qrupunda "Qarabağ"ın rəqibi olan İsveçrə təmsilçisi braziliyalı forvarda görə 15 milyon avro tələb edir.

Mənbə futbolçu ilə bir neçə klubun, o cümlədən "Barselona"nın və Rusiya təmsilçisi "Zenit"in də yaxından maraqlandığını vurğulayıb.

23 yaşlı Kabral bu mövsüm "Bazel" formasıyla çıxdığı 29 matçda 27 qol və 8 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. O, Ağdam təmsilçisinin qrupda keçirdiyi son görüşdə - İsveçrədəki qarşılaşmada təmsilçimizin qapısına vurulan 3 cavabsız qoldan ikisinin müəllifi olub.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ