kargo

“Zəfər kuboku”nun qalibləri təltif olundu - FOTOLAR

“Zəfər kuboku”nun qalibləri təltif olundu - FOTOLAR

78676
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Zəfər kuboku” intellektual turniri layihəsi başa çatıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin tərəfdaşlığı ilə Qazax Gənclər Evində keçirilən yarışın sonuncu günündə final mərhələsi baş tutub. “Breyn rinq” formatı üzrə təşkil olunan yarışda yarımfinal mərhələsində ən çox xal toplamış 4 komanda mübarizə aparıb.

Səsləndirilən 15 suala ən çox doğru cavab verən “F4T” (“Effort” – müstəqil) komandası yarışın qalibi adını qazanıb. Bakı Dövlət Universitetinin Qazax filialının “Scorpions” komandası II, Qazax şəhər M.Hüseyn adına məktəb liseyin “Vadi” komandası isə III pillədə qərarlaşıblar. Qalib komanda kubokla, I, II, III yerləri tutan komandaların üzvləri isə müvafiq diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, layihə 01 may 2022-ci il tarixdə yekunlaşacaq.Teleqraf.com

“Zəfər kuboku”nun qalibləri təltif olundu - FOTOLAR
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ