kargo

Rafael Ağayev 6 il əvvəlki nokautun qisasını belə aldı - VİDEO

Rafael Ağayev 6 il əvvəlki nokautun qisasını belə aldı - VİDEO

721
Azərbaycanın beşqat dünya və on bir dəfə Avropa çempionu Rafael Ağayev "Karate Combat" turnirində üçüncü döyüşünü keçirib. Onun budəfəki rəqibi prinsipiallığı ilə əvvəlki iki rəqibindən daha üstün idi.

AMİA.AZ milli.az-a istinadən xəbər verir ki, belə ki, "Karate Combat"da Rafaelə rəqib olan Deyvi Dona 2016-cı ildə idmançımızı Parisdə qaydalara zidd zərbəsi ilə nokauta salması ilə yadda qalmışdı. Onun bu hərəkəti qanundankənar olduğu üçün öz azarkeşlərinin gözü önündə tatamidən qovulmuşdu.
Rafael Ağayev 6 il əvvəlki nokautun qisasını belə aldı - VİDEO

Lakin iyunun 25-də ABŞ-ın Orlando şəhərində baş tutan döyüşdə Rafael Ağayev rəqibinə yerini göstərməklə yanaşı, ondan 6 il əvvəlki zərbəsinin də əvəzini çıxıb. Dünya çempionumuz qaydalara meydan oxuyan bu döyüşdə rəqibinə tam üstünlüklə (3:0) qalib gələrək, "Karate Combat"da ardıcıl üçüncü döyüşünü də qələbə ilə başa vurub.

Qeyd edək ki, karatedən fərqli olaraq "Karate Combat"da kontakt zərbəyə icazə verilir.





Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ