kargo

Nazir ona 3 otaqlı ev verdi - FOTO

Nazir ona 3 otaqlı ev verdi - FOTO

250
Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti və müdafiə sənayesi naziri Mədət Quliyev "Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi olan Azərbaycan millisinin üzvü Elçin Əsədova Bakıda 3 otaqlı ev bağışlayıb.

AMİA.AZ xəbər verir ki, mənzilin açarı E.Əsədova mükafatlandırma mərasimində təqdim olunub.

Tədbirdə Mədət Quliyevlə yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, nazir mavini Mariana Vasileva və AVF-nin vitse-prezidenti Robert Eyyubov da iştirak ediblər.

"Özümə söz vermişdim ki, Şuşadakı yarışın qalibi olacağam" - bunu "Report"a açıqlamasında Elçin Əsədov deyib.

Əsədov ilin sonunda karyerasını başa vurmaq istədiyini söyləyib: "Bu, mənim müqavilələrimdən asılı olacaq. Uzun sözləşmə olsa, davam etmək şansım var. Amma indiki durumda karyeramı bitirmək gündəmdədir. Karyeramı bitirmək üçün bundan gözəl yer ola bilməz".

Nazir ona 3 otaqlı ev verdi - FOTO
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ