2:1 hesabı ilə "Qalatasaray" klubunun qələbəsi ilə başa çatan matçı tribunadan izləyənlər arasında "K1" ulduzu , kikboksçu Zabit Səmədov da olub.
AMİA.AZ xəbər verir ki, məşhur idman ulduzu fanat ordusunun "hücumu"na məruz qalıb.
Belə ki, idmançı ilə şəkil çəkdirmək üçün fanatları sıraya düzülüb izdiham yaradıb.
Həmin anın görüntülərini elə Z.Səmədov öz "instagram" səhifəsində paylaşıb.