kargo

DİM işçi axtarır - maaş 1330 manatdır

DİM işçi axtarır - maaş 1330 manatdır

78676
Dövlət İmtahan Mərkəzində (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, Test bankı sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib.

AMİA.AZ xəbər verir ki , müraciət etmək istəyən namizədlər aşağıda göstərilən kompüter bilikləri və xüsusi tələblərə uyğun olmalıdırlar:

Struktur bölmə: Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti

Struktur vahid: Test bankı sektoru

Vəzifənin adı: Aparıcı məsləhətçi

Aylıq vəzifə maaşı: 1330 manat

Qulluq funksiyaları:

- Test bankının idarə olunması üçün lazımi proqram təminatlarının hazırlanması və tətbiqi.

Vəzifənin tutulma şərtləri:

- Təhsilə dair tələb: Ali təhsil

- İş stajına dair tələb: Tələb müəyyən edilmir.

Kompüter biliklərinə dair tələblər:

- C#, Java və ya Python dillərindən birini bilməli;

- MS SQL, MySQL və ya PostgreSQL verilənlər bazalarından birini bilməli.

Xüsusi tələblər:

- Proqramlaşdırma dilləri, verilənlər bazası və onların idarəetmə sistemləri, internet/intranet texnologiyaları, lokal kompüter şəbəkələrinin qurulması, servis və tətbiqi proqram təminatlarının yazılması və istismarı;

- Xarici dil biliklərinə dair tələblər: ingilis dili – orta, rus dili – orta.

Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2022-ci il yanvarın 10-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində "İşə qəbul” sözləri yazılmalıdır).

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ