Azərbaycan Mərkəzi Bankının açıq tenderi baş tutmayıb.
AMİA.AZ xəbər verir ki , bankın xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək üçün elektrikli yükqaldıranın satın alınması və nağd pul və qiymətlilərin daşınmasını təmin etmək üçün inkassasiya avtomobillərinin satın alınması ilə bağlı 12 aprel 2022-ci ildə elan edilmiş açıq tenderlər Tender komissiyasının 17 may 2022-ci il tarixli qərarına əsasən baş tutmamış hesab edilib.
Belə ki, buna səbəb "Dövlət satınalmaları haqqında" qanunun 11.1-ci maddəsinə müvafiq olaraq tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayının üçdən az olması olub.Ölkə.Az