kargo

İran Azərbaycanla quru sərhədini BAĞLAYIR

İran Azərbaycanla quru sərhədini BAĞLAYIR

78676
İran hökuməti COVİD-19-un Omikron ştammına qarşı görülən tədbirlər çərçivəsində bu gündən etibarən quru sərhədini 15 gün müddətinə bağlamağa qərar verib.

AMİA.AZ xəbər verir ki, bunu İran Gömrük Komitəsinin sözçüsü Ruhullah Lətifi ölkə mətbuatına açıqlamasında bildirib.

O qeyd edib ki, ticarətlə bağlı giriş-çıxışlara isə məhdudiyyət qoyulmayacaq:

“Qərar İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilib.

Qərara əsasən, Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Ermənistan və Pakistanla olan quru sərhəd qapıları bu gündən etibarən 15 gün müddətində bağlı olacaq”.axar.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ