kargo

Biləcəri bazarı niyə boşaldılır?

Biləcəri bazarı niyə boşaldılır?

78676
Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindəki kolxoz bazarının söküləcəyi barədə məlumatlar yayılıb.

AMİA.AZ xəbər verir ki, APA TV adıçəkilən bazardan reportaj hazırlayıb.

Məlumat üçün deyək ki, Bakının Binəqədi rayonun ərazisində yaşayan daimi əhalinin sayı 267 551 nəfər, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxındır. Bu statistik göstəricilər Binəqədi İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilib.

Ən maraqlısı isə budur ki, söküləcəyindən ehtiyat edilən kolxoz bazarı ərazidə kənd təsərrüfatı mallarının böyük çeşiddə satıldığı yeganə ticarət obyektidir. 2002-ci ildən fəaliyyət göstərən bazara bütün məhsullar bölgələrdən gətirilir.

AMİA.AZ həmin reportajı təqdim edir:

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ