kargo

"Mənim üç babam var, iki atam..." - Ata Abdullayevin son sözü

"Mənim üç babam var, iki atam..." - Ata Abdullayevin son sözü

78676
Xəbər verdiyimiz kimi, Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə hökm oxunub. Hökmə əsasən, Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib.


AMİA.AZ Ata Abdullayevin məhkəmədəki son sözünü təqdim edir:

“Kiminsə sözünü kəsmişəmsə, kiməsə qarşı xətam olubsa, hansısa balacanın, prezidentin yaxınlarının xətrinə dəymişəmsə, böyüklərdən də, kiçiklərdən də dönə-dönə üzr istəyirəm. Mən bilirəm ki, nəyə görə buradayam. Mənim üç babam var, iki atam. Heydər Əliyev mənim babam, cənab prezident isə mənəvi atamdır.
Cənab prezident demirdi ki, "Ata, arxamca gəl", məni aparan ona olan sevgi idi. Mən o ölkələrə gedəndə özümlə pal-paltar aparmırdım. Hava limanında əşyalarımı yoxlayanlar da təəccüblənirdi. Mən corabımı axşam yuyub, səhər geyinirdim. Amma əvəzində cənab prezidentlə Mehriban xanımın şəkillərini aparırdım. Həmin şəhərlərdə hər yerdə nümayiş etdirirdim.

Vaxtilə “Heydər Əliyevin ölüm xəbərini gətirənlərə üzüyümü bağışlayacam” deyənləri, İlham Əliyevi təhqir edənləri hökumət tədbirlərində görürəm, məyus oluram. Onlar ingilis bayrağı da deyillər, neçə üzləri var. Mənim isə bir üzüm var, Heydər Əliyev ideologiyasıyla yaşayan adamam. Mən bu gün aldığım nəfəsə görə də göydə Allaha, yerdə cənab prezidentə, Mehriban xanıma borcluyam”.

Blogerin vəkili Telman Talıbov müvəkkilinə qarşı irəli sürülən ittihamların əsassız, uydurma olduğunu deyib:

“Mən də deyə bilərəm ki, kimsə məndən pul tələb etdi. Axı bununla bitmir, ortada sübut olmalıdır. Zərərçəkmiş qismində tanınanlardan biri keçmiş MTN əməkdaşıdır. Tutaq ki, bu birilər məlumatsızdır, o isə belə bir qurumda işləyib, bütün vasitələrdən, üsullardan xəbərdardır. Bəs niyə əlində Abdullayevin ondan pul tələb etdiyini təsdiqləyən heç bir sübut yoxdur?”Azadlıq Radiosu
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ