kargo

3-cü doza vaksin pasportu satan tibb işçisi ifşa edildi

3-cü doza vaksin pasportu satan tibb işçisi ifşa edildi

78676
Qobustan rayonunda saxta COVID-19 pasportu satan tibb işçisi ifşa edilib.

AMİA.AZ xəbər verir ki, rayon prokurorluğundan verilən məlumata görə, rayonun Çalov kənd tibb məntəqəsində bəzi şəxslərə "COVID-19" əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında araşdırma aparılıb.
Məntəqədə tibb qardaşı işləyən Valeh Əhmədov tərəfindən kənddə yaşayan bir neçə şəxsin vaksin olunmadıqları halda III doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlərin edilməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə cinayət işi başlanıb.

İstintaq davam edir.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ