kargo
kargo

Türk düşməni nazir oldu - FOTOLAR

547
Niderland parlamentində Türkiyəyə qarşı düşmənçilik nümayiş etdirən Dilan Yeşilgöz yeni kabinetdə vəzifəsinin icrasına başlayacaq.

AMİA.AZ xəbər verir ki, Niderlandda martın 17-də keçirilən ümumxalq seçkilərindən keçən 271 günlük danışıqlar prosesindən sonra yeni hökumətin qurulmasına başlanılıb və koalisiya hökumətində təmsil olunacaq nazirlərin adları dəqiqləşib. Beləliklə koalisiya hökumətində türk əsilli 2 qadın nazirin də yer alacağı məlum olub.
Türk düşməni nazir oldu - FOTOLAR

Liberal sağçı, Azadlıq və Demokratiya Partiyasının (VVD) millət vəkili Dilan Yeşilgöz Zegerius Niderlandın yeni təhlükəsizlik və ədliyyə naziri vəzifəsini icra edəcək. "Demokratlar 66” Partiyasının (D66) üzvü Günay Uslu mədəniyyət və mediadan məsul dövlət naziri olacaq. Niderlandın yeni ədliyyə naziri Dilan Yeşilgöz Türkiyənin qatı düşməni kimi tanınır. 1984-cü ildə terror təşkilatı PKK-ya və sol terror təşkilatlarına bağlı silahlı kimi Niderlanda qaçan Yücel Yeşilgözün qızı Dilan Yeşilgöz atasının "missiyasını” davam etdirir.

Əvvəlki açıqlamalarında türkləri və prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməyin azad olduğu haqda fikirləri dəstəkləyən Yeşilgöz, 2018-ci ildə Niderlandda qondarma erməni soyqırımını tanıyan 5 türk əsilli deputatdan biri olub. Qeyd edək ki, 1977-ci ildə Tuncelidə doğulan Dilan Yeşilgöz, 2014-cü ildə həkim Rene Zegeriusla ailə həyatı qurub. O, holland, ingilis və kürd dillərini mükəmməl bilir.Konkret.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ