kargo

Böyük sirr açıldı: Misir piramidalarını kim və necə tikib?

Böyük sirr açıldı: Misir piramidalarını kim və necə tikib?

344
Misir ehramları və ya piramidaları dünyanın yeddi möcüzəsindən biridir.

Bu piramidaların tarixi qədim Misirin ən qədim, orta qədim və qədim dövrlərini əhatə edir. Böyük Giza piramidaları həmişə qədim dünyanın ən böyük sirlərindən biri olub. Elm adamlarını həmişə bir sual maraqlandırıb:

O dövrün cəmiyyətində ağır müasir tikinti texnikası olmadan necə belə nəhəng tikililər tikilə bilərdi?

Yeni kəşflər olmasaydı, Misir piramidalarının sirri bəlkə də, əbədi olaraq açılmamış qalacaqdı...

Turkustan.az Cebhe.info-ya istinadən bu barədə yazını təqdim edir.

Arxeoloqların bir kəşfilə antik dövrün maraqlı Misir piramidalarının sirrini açmaq mümkün oldu. Bir neçə il əvvəl tapılan Yer kürəsində məlum olan ən qədim sənəd, nəhayət, tarixçilər tərəfindən deşifrə edilib.

*Fantastik kəşf: Böyük Giza piramidası

Böyük sirr açıldı: Misir piramidalarını kim və necə tikib?

2013-cü ildə Qırmızı dəniz sahilindəki köhnə limanda, vaxtilə Vadi əl-Cərf adlanan ərazidə arxeoloji qazıntılar aparılıb. Daha çox süni mağaraya bənzəyən qədim əhəng daşından tikilmiş binaların altında arxeoloqlar Pyer Talle və Qreqori Maruar əsl xəzinə ilə qarşılaşıblar. Bunlar bir neçə papirus vərəqləri idi. Onların bəziləri kiçik bir hissədən ibarət olsa da, bəziləri isə bir neçə metr uzunluğa çatırdı. Onların hamısında qədim misirlilərin gündəlik ünsiyyət üçün istifadə etdikləri heroqlif və ya iyeratika ilə yazılmış mətnlər var idi. Tarixi sənədlər Firon Xufunun hakimiyyəti dövründə “13-cü mal-qaranın hesabatından sonrakı il”ə aid edilmişdi. Bu, Xufunun hakimiyyətinin təxminən 27-ci ili deməkdir.

Beləliklə, bu papiruslar Yer üzündə indiyə qədər tapılmış ən qədim tarixi qeydlər olur. Belə möhtəşəm kəşfə baxmayaraq, hələ də piramidaların sirrinin üstünün açılması çox uzaqda idi. Qeyd edək ki, ən heyrətləndiricisi o idi ki, bu mətnlər Böyük piramidaları tikən insanlar tərəfindən yazılmışdı. Mütəxəssislər qeydləri deşifrə etdikdən sonra məlum olub ki, onlardan biri ərzaq əskinaslarıdır. Digərləri iş smetaları və sifarişlər idi. Orada görülən bütün hərəkətlərin təsviri var idi. Sənədlərdə əzəmətli Misir piramidalarının tikintisində iyirmi mindən çox insanın iştirak etdiyi göstərilirdi. Sənədlərdə görülən bütün işlərin çox ətraflı təsviri var.

*Mererin gündəliyi

Qədim sənədlər tərtib üsuluna görə müasir cədvəllərə bənzəyirdi. Onlar sütunlara bölünür, nəyin lazım olduğunu, tikinti sahəsində nələrin alındığını və başqa nələrin çatdırılması lazım olduğunu göstərir. Papiruslar arasında sadəcə olaraq, müəyyən bir dövrdə istehsal edilmiş işi təsvir edən mətnlər var idi. Bütün bu qeydlər arasında Merer adlı müəyyən bir şəxsin qeydləri xüsusilə diqqəti cəlb edirdi. Sənədlərə baxanda onun usta olduğu güman edilir. Mererin gündəliyi piramidaların tikintisinin bütün təfərrüatlarından bəhs edirdi. Merer iki yüz nəfərlik komandasının Misirin bu başından o biri başına necə səyahət etdiyini ətraflı təsvir etmişdi. Bütün lazımi materialları toplayıb iş yerinə çatdırdıqları da gündəlikdə qeyd edilib. Əsasən, onların fəaliyyəti Tura karxanalarından Gizadakı sahəyə əhəngdaşı bloklarının daşınması idi. Bu nöqtələr arasındakı məsafə təxminən 20 kilometr təşkil edirdi. Tarixçilər artıq öyrəndilər ki, fironlar piramidaları tikmək üçün Turanın əhəng daşından istifadə ediblər. Tura Nil çayının sahilində yerləşən və əhəngdaşı karxanası ilə məşhur olan bir şəhər olub.

Piramidaların xarici divarları, məhz bu daşlardan hörülmüşdür. Vaxt keçdikcə bu təbəqə çöküb və təxminən yonulmuş qranit blokları ortaya çıxıb. Mererin bu sənədləri Xufunun hakimiyyətinin son məlum ilini təsvir edir. Bu dövrdə qədim misirlilər Böyük Piramidanın tikintisini demək olar ki, başa çatdırmışdılar. Mererin qeydlərində onun komandasının daşları Turadan gətirdiyi deyilir. Onları qayıqlara yükləyib Nil çayı ilə Gizaya aparıblar. Bu səyahət təxminən iki gün çəkib. Yüksüz geri dönənlərin səyahəti isə cəmi bir gün çəkib. Bu səfərlər həftədə üç dəfə həyata keçirilirdi. Bildirək ki, Misir həftəsi on gündən ibarət olub. Alimlər hesablayıblar ki, qayıqlar təxminən 70-80 ton ağırlığında yük daşıya bilər.

Bunlar, Xufu piramidasını örtmək üçün istifadə edilən təxminən otuz 2,5 tonluq blokdur. Papirus qeydlərinə görə, Mererin komandası ayda təxminən iki yüz blok yerləşdirirdi. Çayın və kanalların gəmiçilik üçün yararlı olduğu dövrdə bu rəqəm minə çatırdı. Merer gündəliyində, həmçinin Anx-xafu adlı xeyirxah bir cənaba tabe olduğunu da qeyd edib. Həmin cənab bölgənin qubernatoru və Xufunun ögey qardaşı olub. O, son mərhələdə piramidanın tikintisinə də nəzarət edib. Merer gündəliyində, hətta Böyük piramidanın orijinal adını da göstərib - "Axet-Xufu". Bu, "Xufu üfüqü" deməkdir.

*21-ci əsrin ən böyük kəşfi

Piramidaların tikintisində işləyən işçilər yüksək ixtisaslı işçilər olub. Onlar nəinki tikinti materiallarını çıxarıb daşıya bilirdilər, həm də idarəetmə və mühasibat uçotu ilə məşğul olurdular. Bütün bu sənədlər, o cümlədən mühasibat sənədləri tikintidə işləyən son işçilərdən sonra Vadi əl-Cərfdə qalmışdır. Fironun ölümündən sonra, eyni zamanda tikinti başa çatdıqdan sonra bütün papiruslar burada bir anbarda basdırılmışdı. Bu, sənədlərdəki tarixlərlə göstərilir. Xufu öldükdən sonra onun varisi Xəfrə taxta çıxdı. Sonra isə iş şimalda Ayn-Suhnedə başladı. Misirli müasir arxeoloq Zahi Havass papirusun tapılmasını və deşifrə edilməsini 21-ci əsrin ən böyük kəşfi adlandırıb və bildirib ki, bu sənədlər Aşağı Misirin coğrafiyasının konkretləşdirilməsinə kömək edib.

"Bu kəşf piramidaların tikildiyi yerə daşların, işçilərin və məhsulların necə daşındığını dəqiqləşdirdi və kanallar və limanlar şəbəkəsini aydınlaşdırdı",-deyə Havass qeyd edib. Vurğulayaq ki, qədim Misirin tarixi hələ də maraqlı və indiyə qədər açılmamış sirlərlə doludur. Zaman-zaman bu sirlərin də üstü açılacaq və insanı heyrətə gətirən məqamlar aydın olacaq...
Amia. Az saytının whatsapp və əlaqə nömrəsi 055 776-53-60

XƏBƏR LENTİ