kargo
kargo

Çörək sexində faciəvi şəkildə ölən qadının FOTOSU

593
Xəbər verdiyimiz kimi, yanvarın 7-si çörək zavodunda fəhlə işləyən qadın Mətanət Həsənova qurğuya düşərək həyatını itirib.

AMİA.AZxəbər verir ki, metbuat.az Mətanət Həsənova haqqında bir neçə məlumat əldə edib. Məlum olub ki, "İsrafiloğlu" MMC-yə məxsus çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənova Lənkəran rayonunun Liman şəhərindən Bakıya işləməyə gəlib.

Xatırladaq ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir.

Mərhumun fotosunu təqdim edirik:

Çörək sexində faciəvi şəkildə ölən qadının FOTOSU
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ