kargo
kargo

Evdən qaçan gəlin danışdı: “Tanış olduğum kişi ilə getdim”

362
Şəmkirdə qadın evdən qaçmasının səbəbini açıqlayıb.

AMİA.AZ xəbər verir ki, oxu.az-a danışan G.Q. həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığını bildirib:

“Qayınanam və həyat yoldaşım davamlı məni uşağımın olmadığı üçün qınayırdılar. Hər şeydən bezmişdim. 5 il əvvəl tanış olduğum bir kişi vardı. Mənim telefonuma səhv düşmüşdü. Elə tanış olduq. O zaman nişanlı idim, nişanı qaytarmaq istədim, anamgil icazə vermədi”.

G.Q. bir dəfə tanış olduğu kişi ilə qaçmağa cəhd göstərsə də, alınmayıb:

“O, yolu tapa bilmədi. Dekabrın 31-i taksi ilə gəlib məni evdən götürdü”.

G.Q. əlavə edib ki, evdən çıxanda pul götürməyib:

“Evdən qızıllarımı və üst geyimimi götürüb çıxmışam. Şirvana çatan kimi qızıllarımı satdım. Kirayə ev tutdum, özümə paltar, qab-qacaq aldım. Artıq o ailəyə geri dönən deyiləm”.

Qadın bildirir ki, evlənəndən bir ay sonra həyat yoldaşı onu döyməyə başlayıb:

“Məni döyürdü, səhərə qədər çöldə saxlayırdı. Sabahın açılmasına az qalmış evə salırdı ki, heç kim görməsin”.

Qeyd edək ki, 24 yaşlı G.Q. sonuncu dəfə dekabrın 31-i evdən çıxıb və geri qayıtmayıb. Qayınanasının sözlərinə görə, gəlini evdən qaçan zaman özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və evdə olan pulu aparıb. Həmin gündən sonra ondan xəbər olmayıb.

Polis Bölməsinin əməkdaşları rayon sakini G.Q.-nın itkin düşməsi ilə bağlı keçirdikləri müvafiq tədbirlərlə onu Şirvanda tapılaraq ailəsinə təhvil verilib.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ