kargo

Xabarovsk sakini yolda maşını saxlayıb ayını yedizdirdi - VİDEO

Xabarovsk sakini yolda maşını saxlayıb ayını yedizdirdi - VİDEO

212
Rusiyanın Xabarovsk vilayətinin sakini avtomobil yolunda maşınını saxlayıb və ondan yemək istəyən ayını yedizdirmək qərarına gəlib.

Yaxınlıqdakı avtomobildə olan insanlar bunu heyrət və dəhşətlə izləyiblər.

Kişi sakitcə maşından düşüb və qabaq oturacaqdan bir az yemək çıxarıb. Bütün bu müddət ərzində ayı, demək olar ki, adamın yaxınlığında fırlanıb. Kişinin verdiyi yeməyi aldıqdan sonra isə ayı sakitcə meşəyə doğru qaçıb.


Mənbə: “Mash” “Telegram”
Amia. Az saytının whatsapp və əlaqə nömrəsi 055 776-53-60

XƏBƏR LENTİ