kargo

ANAMA-nın avtobusu Laçında qəzaya düşdü, 3 nəfər yaralandı

ANAMA-nın avtobusu Laçında qəzaya düşdü, 3 nəfər yaralandı

168
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) avtobusu Laçın rayonu ərazisində qəzaya uğrayıb, 3 əməkdaş xəsarət alıb.

Bu barədə novoye-vremya.com-a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 16-da Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb. Avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər.

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.
Amia. Az saytının whatsapp və əlaqə nömrəsi 055 776-53-60

XƏBƏR LENTİ