kargo

ŞOK HÜCUM: PUA-larla yanacaq daşıyan gəmilər bombalandı - Paytaxtda həyəcan verildi

ŞOK HÜCUM: PUA-larla yanacaq daşıyan gəmilər bombalandı - Paytaxtda həyəcan verildi

986
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi sahillərində yanacaq daşıyan 3 tankerdə partlayış baş verib.

AMİA.AZ Röyters agentliyinə istinadən xəbər verir ki, partlayışdan sonra güclü yanğın başlayıb. Polisin ehtimalına görə, tankerlər PUA-larla vurulub. Musaffa və Əbu-Dabi Beynəlxalq hava limanı ətrafında dron hissələrinin tapılması da bu ehtimalı gücləndirir. Hadisələrə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Hadisədən sonra Əbu-Dabidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Lakin hadisə ərəfəsində Yəməndəki Husi üsyançıların Birləşmiş Ərəb Əmirliklərinə hücum təşkil etdiklərini açıqlayıb. Onlar hücumun detalları barədə məlumat verməyiblər.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ