AMİA.AZ xəbər verir ki , rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi “Mercedes-Benz” və Təbriz Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.
Nəticədə “Mercedes-Benz”də olan sərnişinlərdən rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Mməlumata görə, ölən şəxs Lələli kənd tam orta məktəbinin direktorudur.