kargo
kargo

Pəncərədən evə girən kişi qadına görün nə etdi - VİDEO

487
Türkiyədə qeyri-adi bıçaqlanma hadisəsi baş verib.

AMİA.AZ xəbər verir ki, hadisə Türkiyənin Muğla şəhərində baş verib.

Yanacaqdoldurma məntəqəsində işləyən və hadisə baş verən günü məzuniyyətə çıxan Zeynep Özcan evinə girmək istəyərkən ətrafda dolaşan Yunus T. ilə qarşılaşıb. Ayaq və qollarında yara olan Yunus T. Zeynep Özcandan kömək istəyib. Yunus T.-nin vəziyyətindən şübhələnən qadın taksi çağırmağa kömək edə bilməyəcəyini deyərək evinə daxil olub.

Bundan sonra Yunus T. Zeynep Özcana bıçaqla hücum edib. Hücum edən şəxs qollarından və bədəninin müxtəlif yerlərindən yaraladığı 39 yaşlı qadına “məni Allah göndərdi, səni öldürməliyəm” deyib.

Qolunda və bədəninin müxtəlif yerlərində 15-dən çox bıçaq yarası olan Zeynep Özcan xəstəxanaya aparılıb.

Müalicəsi tamamlanaraq evə buraxılan Zeynep Özcan yaşadığı qorxulu anları belə izah edib.Oxu24.com

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ