AMİA.AZ Baku TV-yə istinadən xəbər verir ki , araşdırma zamanı məlum olub ki, Səbuhi Kərimov qardaşının həyat yoldaşı Laləzar Kərəmlini bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Martın 27-nə keçən gecə Səbuhi Kərimov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib.
İş üzrə dindirilən S.Kərimov bildirib ki, hadisədən bir neçə gün əvvəl Laləzarın xəyanət etməsini qardaşı Həbib özü ona danışıb.
Həbibin sözlərinə görə, Laləzarın qardaşı Natiqlə birlikdə həyat yoldaşının telefon danışıqlarını çıxartdırıblar.