kargo
kargo

SON DƏQİQƏ! Türkiyədə dəhşətli hadisə

1 270
Türkiyədə dəhşətli hadisə baş verib.
AMİA.AZ xəbər verir ki, Türkiyənin Anadolu magistralının Düzce hissəsində güclü qar səbəbindən 37 avtomobilin toqquşması ilə zəncirvari yol qəzası baş verib.

Qəza nəticəsində magistralın İstanbul istiqaməti təxminən iki saat bağlanıb. Yolun təxminən beş kilometrlik ərazisini əhatə edən qəzada toqquşan avtomobillərdən beşi sərnişin avtobusu, ikisi mikroavtobus, yeddisi isə qoşqulu yük maşınıdır.

Hadisə ilə bağlı açıqlama verən Düzce vilayətinin səhiyyə müdiri Yasin Yılmaz indiyədək müxtəlif bədən xəsarətləri ilə 22 nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.

İstanbul istiqamətində daha bir qəza iki sərnişin avtobusunun baryerlərə çırpılması nəticəsində meydana gəlib. Şəhərin giriş hissəsində yolun böyük bir qismində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Türkiyədə qarlı hava şəraiti davam edir. Axar.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ