kargo

Bakıda ŞOK HADİSƏ: Taksi sürücüsü binanın damına çıxıb özünü atdı – TƏFƏRRÜAT

Bakıda ŞOK HADİSƏ: Taksi sürücüsü binanın damına çıxıb özünü atdı – TƏFƏRRÜAT

274
Bakıda daha bir nəfər özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

AMİA.AZ xəbər verir ki, hadisə Yasamal rayonu A.M.Şərifzadə küçəsi 131A ünvanında yerləşən Rabit və Nəqliyyat Kollecinin yataqxanasında baş verib.

Füzuli rayonu Dədəli kəndindən olan məcburi köçkün, 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlu binanın damına çıxaraq özünü aşağı atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

İlkin araşdırmalardan sonra taksi sürücüsü kimi çalışan Seymurun xeyli borcunun olduğu, banklardan götürdüyü kreditləri verə bilmədiyi, ailəsinin dolanışığını təmin etməkdə çətinlik çəkdiyi və bu sıxıntılar səbəbindən həyatına qəsd etdiyi məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ