kargo

Azərbaycanda evdə diri-diri yanan şəxslərin kimliyi məlum oldu - Biri 2 yaşlı uşaqdır - YENİLƏNİB

Azərbaycanda evdə diri-diri yanan şəxslərin kimliyi məlum oldu - Biri 2 yaşlı uşaqdır - YENİLƏNİB

78676
Bu gün Masallının Güllütəpə kəndində fərdi yaşayış evində diri-diri yanaraq ölən şəxslərin şəxsiyyəti müəyyən edilib.
AMİA.AZ xəbər verir ki, dünyasını dəyişənlər Allahverdi Nəzərov və onun 2 yaşlı nəvəsi olub.

İlkin ehtimala görə, yanğın qaz sızması səbəbindən baş verib.

Masallıda evdə yanğın olub.

Bu barədə “Ölkə.Az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 15-i saat 14:38-də FHN-in "112" qaynar telefon xəttinə Masallı rayonunun Güllütəpə kəndində (yanğından mühafizə hissəsindən 12 km məsafədə) fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub və saat 14:51-də hadisə yerinə çataraq yanğınsöndürmə işlərinə başlanılıb.

Yanğın nəticəsində ümumi sahəsi 300 m², arakəsmə divarları taxta və çiy kərpicdən olan ikimərtəbəli beşotaqlı evin 2-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları 105 m² sahədə və dam örtüyü yanıb. Yanğın söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin (onlardan biri azyaşlıdır) yanmış meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.olke.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ