AMİA.AZxəbər verir ki , hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü, 1962-ci il təvəllüdlü Arzu İbrahimov hadisə yerində dünyasını dəyişib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, sürücünün ürəktutması qəzaya səbəb olub.