kargo

Məktəbli qız atasını GÜLLƏLƏYİB, sonra da BIÇAQLADI

Məktəbli qız atasını GÜLLƏLƏYİB, sonra da BIÇAQLADI

78676
Rusiyada 17 yaşlı məktəbli qız atasına pnevmatik tapançadan iki dəfə atəş açıb, sonra isə ona 3 bıçaq zərbəsi endirib.

AMİA.AZ Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Sankt-Peterburq yaxınlığında yerləşən Volxovda baş verib.

42 yaşlı ata mənzildən qaçaraq canını qurtarıb. Məktəbli isə polisə gələrək təslim olub.

O, ifadəsində atasının aqressivliyinə görə bunu etdiyini bildirib.

Polis yaralını taparaq xəstəxanaya yerləşdirib. Həkimlər ona açıq kəllə-beyin travması, yanaq sümüyünün, göz yuvasının sınığı, sifət nahiyəsinin güllə yarası, kürəyin kəsilmiş yarası diaqnozlarını qoyub.

Hazırda hadisənin bütün detalları araşdırılır.lent.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ