kargo

Qeyri-adı oğurluq...

Qeyri-adı oğurluq...

78676
Rusiyanın Kurqan vilayətinin Ketovski rayonunda qeyri-adi oğurluq hadisəsi baş verib.

AMİA.AZ xəbər verir ki, bu barədə Rusiya DİN-in Kurqan vilayəti üzrə İdarəsi məlumat yayıb.

51 yaşlı kişi başına ayı maskası geyinərək əvvəllər çalışdığı universitetin biologiya laboratoriyasına girərək oğurluq edib. Oğurladığı əşyanı evə gətirəndə çaş-baş qalıb. Onun nə olduğunu başa düşməyib.
İstintaq zamanı vilayət sakininin oğurladığı əşyanın biologiya sahəsində istifadə edilən elmi-tədqiqat cihazı olduğu üzə çıxıb.

Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb, oğurlanmış əşyalar saz vəziyyətdə universitetə qaytarılıb.

Hazırda cinayət işi baxılması üçün Kurqan Şəhər Məhkəməsinə göndərilib. Keçmiş universitet işçisi 5 ilə qədər həbs oluna bilər.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ