kargo

“Cinlər”dən bezən kişi məşhur falçını qətlə yetirdi - VİDEO

“Cinlər”dən bezən kişi məşhur falçını qətlə yetirdi - VİDEO

78676
Mahaçqalada 56 yaşlı məşhur falçı Şövkət Calayeva 12 bıçaq zərbəsi ilə qətlə yetirilib.

AMİA.AZ Baku TV-yə istinadən xəbər verir ki , hadisə günü qadın mağazaya yollanıb. Həmin vaxt onun evinə ortaboylu, qara pencəkli, başında kapüşon olan bir kişi girib. Şövkət mağazadan qayıtdıqdan bir neçə dəqiqə sonra həmin şəxs evdən sürətli addımlarla çıxaraq cinayət yerindən qaçıb.

Bütün bunlar müşahidə kamerası tərəfindən qeydə alınıb.

Artıq şübhəli şəxs saxlanılıb. O, cinayəti etiraf edib.

Kişi 56 yaşlı falçının onu caduladığını və "cinləri" ona ürcah etdiyindən əmin olduğunu bildirib. Şübhəli şəxs cinlərin onu rahat yaşamağa imkan vermədiyini əlavə edib. Bu səbəbdən o, falçının evinə yollanıb və bıçaqlayıb.

Qeyd edilir ki, Şövkət Calayeva Mahaçqalada məşhur falçı olub, yüzlərlə insan müntəzəm olaraq ona müraciət edib. Bununla belə o, dinə zidd fəaliyyətinə son qoyması üçün dəfələrlə hədə-qorxu da alıb.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ