kargo

SON DƏQİQƏ! Türkiyədə ağır avtobus qəzası, ölənlər var - İkisi azərbaycanlıdır+26 yaralı VİDEO

SON DƏQİQƏ! Türkiyədə ağır avtobus qəzası, ölənlər var - İkisi azərbaycanlıdır+26 yaralı VİDEO

78676
Türkiyədə baş verən avtobus qəzasında iki azərbaycanlı həlak olub.

AMİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Qars-Ərzurum yolunda qeydə alınıb.

Belə ki, Iğdır-Ankara marşrutu ilə hərəkət edən avtobus Qars-Ərzurum yolunun Sarıqamış rayonu ərazisində qar yağması səbəbiylə aşıb.

Qəza nəticəsində avtobusda olan iki azərbaycanlı əslən Naxçıvan MR Şərur rayonu, Dizə kəndidndən olan - 19 yaşlı Qəmər Niyazova və 60 yaşlı Fazilə İsmayılova, o cümlədən Türkiyə vətəndaşları Emre Özşimşek və Kadir Kurt həlak olub, 25 nəfər isə yaralanıb. Qəzada həlak olan Qəmər Niyazova anası İlkanə Niyazova ilə birlikdə Qarsdan İstanbula gedirmiş. Hazırda ana İlkanə Niyazova da yararlıdır.

Yaralılar Kars Rayonu, "Sarıqamış" xəstəxanasına çatdırılıb.

P.S Səfirlik qeyd edib ki, Qarsda baş vermiş avtobus qəzasında vəfat edənlərin və yaralıların yaxınları məlumat əldə etmək üçün Azərbaycanın bu şəhərdəki baş konsulluğu ilə +90 543 310 42 92 telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ