kargo

Bakı sakinini qayını öldürübmüş - Rəsmi

Bakı sakinini qayını öldürübmüş - Rəsmi

78676
Dekabrın 10-da Suraxanı rayonu Binə qəsəbəsi sakini Allahverdi Mirzəyevin yaşadığı evin həyətində odlu silahla qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

AMİA.AZ xəbər verir ki , aparılmış araşdırmalarla zərərçəkmişin qayını Taryel Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə Allahverdi Mirzəyevin üz nahiyəsinə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Taryel Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.Manset.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ