kargo

""Paşinyan" Bakıda narkotiklə yaxalandı" - Maraqlı paylaşım - VİDEO

""Paşinyan" Bakıda narkotiklə yaxalandı" - Maraqlı paylaşım - VİDEO

503
Xəbər verdiyimiz kimi Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında paytaxt ərazisində həyata keçirdikləri tədbir zamanı Nahid Axundov və əvvəllər məhkum olunmuş Asəf Sevdimalıyev saxlanılıblar.

Bu şəxslərin üzərindən və Nahid Axundovun idarə etdiyi avtomobildən çəkisi 19 kiloqramdan artıq, o cümlədən 12 kiloqram heroin, 5 kiloqram metamfetamin, 2 kiloqram marixuana, 600 ədəd metadon həbi, elektron tərəzilər, eləcə də 1 ədəd “Beretta” markalı tapança, həmin silaha aid 11 ədəd patron və sandıqça aşkar edilib.

Yasamal rayonunda həyata keçirilən digər əməliyyat zamanı isə Ağamehdi Fərəcullayev narkotiklərin satışı ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 12 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 6 kiloqram heroin, 6 kiloqram metamfetamin və elektron tərəzilər aşkar edilib.

Suraxanı rayonunda keçirilən əməliyyat zamanı isə İlkin Abışov tutulub. Bu şəxsdən 3 kiloqramdan artıq heroin, metamfetamin, 2500 ədəd metadon həbi, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bank kartları, elektron tərəzilər aşkar edilib. Adları sadalanan 4 nəfərin hər biri ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək Yeni il bayramı ərəfəsində təşkil olunacaq əyləncəli tədbirlərdə əsasən gənclər arasında yaymaq məqsədi ilə paytaxt ərazisinə gətirdiklərini bildiriblər.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşlarının Lənkəran şəhərində keçirdikləri əməliyyat zamanı isə narkotik vasitələrin satış ilə məşğul olan əvvəllər məhkum edilmiş Əmirastan Bağırov saxlanılıb. Bu şəxsdən 2 kiloqramdan artıq marixuana aşkar edilib.

AMİA.AZ xəbər verir ki, saxlanılanlardan birinin xarici görünüşü sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Belə ki, istifadəçilər narkotiklərlə saxlanılanlardan birini Ermənistanın baş naziri Nikol Paşinyana bənzədiblər. Bununla bağlı paylaşımlar edilib, komik rəylər yazılıb. aonradan bu paylaşımlar sosial şəbəkələrin erməni seqmentinə də sıçrayıb. Paşinyan əleydarları tərəfindən tirajlanıb.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ