kargo
kargo

Azərbaycanda sürücü polisi vurub qaçdı, həbs edildi - ANBAAN VİDEO

191
Sosial şəbəkələrdə yayılmış görüntülərin təfərrüatı məlum olub.

AMİA.AZ xəbər verir ki , hadisə Göygöl rayonunda qeydə alınıb.

Belə ki, yol polisi sürücü Hüseynov Rauf Bəkir oğluna "saxla" əmri verib. Lakin sürücü əmrə tabe olmayıb, polis əməkdaşını idarə etdiyi avtomobil ilə vuraraq hadisə yerindən qaçıb.

İnsidentdən dərhal sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb və sürücünün şəxsiyyəti müəyyən edilib.

Sürücü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə sürücü barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu hadisə də onu göstərir ki, dövlət qurumlarının əməkdaşlarına qarşı bu cür hərəkətlərə yol vermək olmaz. Əks halda, həmin şəxslər qanun qarşısında cavab verib cəzalandırılacaqlar.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ