kargo
kargo

SON DƏQİQƏ! Bakıda yaşayış binası YANIR - VİDEO/YENİLƏNİB

399
Bakıda yaşayış binasında yanğın baş verib.

AMİA.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Nazirliyin "112” qaynar telefon xəttinə Cavadxan küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ