kargo
kargo

Azərbaycanda körpü uçdu – FOTO

521
Kürdəmirdə sakinlərin əkin sahələrinə və mal-qaranın örüşə gediş-gəlişini təmin edən körpü uçub.

AMİA.AZ Report-a istinadən xəbər verir ki, Baş Şirvan kollektorunun rayonun Sor-sor kəndi ərazisindən keçən hissəsində eni 1, uzunluğu 15 metr olan körpünün uçması sakinlər üçün müəyyən çətinliklər yaradıb.

Sakinlər bildiriblər ki, körpünün təmir edilməsi üçün müraciət etsələr də, nəticəsi olmayıb:
“Bizim əkin sahələri, mal-qaranın otlaq yeri kollektorun digər tərəfində olduğu üçün qarşı tərəfə keçməkdə çətinlik çəkirik. Körpünün uçması sakinlər üçün çətinliklər yaradıb. Mal-qaranı örüşə apara bilmirik, əkin sahələrinə vaxtında gedib-gələ bilmirik”.

Baş Şirvan Kollektoru İstismarı İdarəsinin rəisi Əhmədağa İbrahimov bildirib ki, körpüyə alternativ olaraq 1 kilometrə yaxın bir məsafədə yeni keçid çəkilib:

“Sakinlərin müraciətləri əsasında 5 il öncə qəzalı vəziyyətdə olan körpüyə alternativ keçid çəkilib. Lakin sakinlər məsafənin uzaq olmasını əsas gətirərək həmin keçiddən istifadə etmirlər. Kollektorun üzərində yeni keçid salındıqdan sonra qəzalı vəziyyətdə olan körpü bizim balansımızdan çıxarılıb. Lakin biz bu məsələni rəhbərlik qarşısında yenidən qaldıracağıq. Rəhbərlik tərəfindən hansı qərar qəbul olunsa, o da icra olunacaq”, – idarə rəisi bildirib.
Azərbaycanda körpü uçdu – FOTO
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ