kargo

“Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” adlı layihə çərçivəsində onlayn təlimlərə başlanmışdır

“Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” adlı layihə çərçivəsində onlayn təlimlərə başlanmışdır

237
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” adlı layihə çərçivəsində təlimlərin keçirilməsinə başlanmışdır. 

AMİA.AZ xəbər verir ki , layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün “elm, təhsil və mədəniyyət və azərbaycançılıq ideyasının təbliği məsələləri”  istiqaməti üzrə elan etdiyi “Kiçik qrant müsabiqəsi”ndə qalib elan olunmuşdur. Layihə 3 ay müddətində olmaqla Bakı şəhərində icra olunması nəzərdə tutulur.
Layihənin əsas məqsədi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə əlaqədar olaraq ölkədə beynəlxalq standartlara yiyələnəcək kadr hazırlığına dəstək verməkdir. Bu məqsədlə təlimlərə aşağı gəlirli və öyrənmək imkanı məhdud olan şəxslərin, tələblərin, həssas qrupa aid kəsimlərdən olan gənclərin, o cümlədən şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçılarının ailə üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələr, valideyn himayəsindən məhrum olmuş gənclər və digər həssas qruplar cəlb etməklə onlara beynəlxalq standartlara dair bilikləri aşılamaq və onların əmək bazarında rəqabətliliyinin artırılmasına töhvə verməkdir.

Layihə çərçivəsində təşkilat tərəfindən təlimlərin başlanmasına dair sosial şəbəkələrdə elanlar verilmiş, təlim qrupu formalaşdırılmış, təlimi keçmək üçün peşəkar mütəxəssis cəlb edilmiş və təlimlərin keçirilməsi üçün zəruri texniki hazırlıqlar başa çatdırılaraq təlimlərin keçirilməsinə başlanmışdır.

İlk təlim 01 avqust 2023-cü il tarixdə baş tutmuş və təlimin proqramına uyğun olaraq təlim  iştirakçılarına layihə haqqında qısa məlumat verildikdən sonra təlim proqramı haqqında təqdimat verilmiş, təlimə dair elektron materiallar təlim iştirakçılarına paylanmış və təlimin ilk modulu üzrə tədrisə başlanmışdır. İl tədris günü təlim iştirakçılarının sualları əhatəli cavablandırılmış və təlimin müddəti, keçirilmə vaxtları müəyyən edilmiş və iştirakçıların təlimdə aktiv iştirakı üzrə məsləhətlər verilmişdir. Ümumilikdə təlimlərin 1 ay müddətində, həftədə 3 dəfə olmaqla onlayn formatda keçirilməsi nəzərdə tutulur. Təlimin yekununda hər bir təlim iştirakçısının bilik və bacarıqları qiymətləndiriləcək, onlara pulsuz təlim materialları təmin edilməklə yanaşı, təlimdə iştiraka dair sertifikatlarla təmin ediləcəkdirlər.


Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
“Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” adlı layihə çərçivəsində onlayn təlimlərə başlanmışdır
Amia. Az saytının whatsapp və əlaqə nömrəsi 055 776-53-60

XƏBƏR LENTİ