kargo

“İctimai sektor tərəfindən maliyyə məlumatlarının açıqlanmasının və şəffaflığın monitorinqi” layihəsi çərçivəsində monitorinqlər davam etdirilir

“İctimai sektor tərəfindən maliyyə məlumatlarının açıqlanmasının və şəffaflığın monitorinqi” layihəsi çərçivəsində monitorinqlər davam etdirilir

78676
“İctimai sektor tərəfindən maliyyə məlumatlarının açıqlanmasının və şəffaflığın monitorinqi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 03.12.2021-ci il tarixdə elan etdiyi 2021-ci il kiçik qrant müsabiqəsinin “AÇIQ HÖKUMƏTİN VƏ İCTİMAİ NƏZARƏTİN TƏŞVİQİ, KORRUPSİYAYA QARŞI MÜBARİZƏ MƏSƏLƏLƏRİ” istiqaməti üzrə irəli sürülmüş və Agentliyin Müşahidə Şurasının 14.12.2021-ci il tarixli qərarı ilə qalib elan edilmişdir.

Layihə dövlət sektoruna aid qurumlar, o cümlədən büdcə təşkilatları, publik hüquqi şəxslər, dövlət qurumları, səhmdar cəmiyyətlər (bundan sonra ictimai sektor) tərəfindən maliyyə məlumatlarının açıqlanması sahəsində müəyyən edilmiş normativlərə əməl etməni monitorinq etmək, bu sahədə şəffaflığın cari vəziyyətini öyrənmək, ictimai sektor üçün məlumatların açıqlanması sahəsində mövcud yerli və qabaqcıl təcrübənin tətbiqini təhlil etmək və şəffaflığı təşviq etməkdir.

İctimai sektor tərəfindən yerli qanunvericiliyin tələbi, həmçinin şəffaflıq üzrə beynəlxalq qurumların standartlarının tələbləri üzrə ictimaiyyət üçün açıqlanmalı maliyyə məlumatların yayımlamaması, bu sahədə qanunun tələblərinə riayət edilməməsi və bununla da dövlət sektorunda şəffaflığın və ictimai açıqlığın səviyyəsinə kölgə salması bu sahədə ictimai təşəbbüslərin davamlı olmasını aktual edir.
Layihənin məqsədi şəffaflıq sahəsində qəbul edilmiş ölkədaxili normativlərin (qanunlar, qaydalar, və s) tətbiqini öyrənmək, beynəlxalq reytinq qurumlarının şəffaflıq sahəsində ölkəyə verdiyi reytinq və tövsiyələrin tətbiqi vəziyyətini monitorinq etmək, problemin yaratdığı əks effektləri müəyyən etmək, ictimai sektorun məlumatların açıqlılığı vəziyyətini araşdırmaq və həlli üçün təkliflər vermək.
Monitorinq hökumətin təsdiq etdiyi müxtəlif normativ sənədlər, fəaliyyət planları, strategiyalar əsasında aparılır.

Aparılmış monitorinqlərin davamı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması Qaydası”nın ictimai sektoru təmsil edən qurumlar tərəfindən icrası üzrə monitorinq aparılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 504 nömrəli Qərarının icrası üzrə monitorinqin nəticələri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması Qaydası”nın 1 nömrəli və 2 nömrəli əlavələri olan forma 1 və forma 2 uyğun olaraq məlumatların internet səhifələrində yerləşdirilməsi üzrə monitorinqə başlanmış və monitorinq aşağıdakı qurumları əhatə etmişdir:
“İctimai sektor tərəfindən maliyyə məlumatlarının açıqlanmasının və şəffaflığın monitorinqi” layihəsi çərçivəsində monitorinqlər davam etdirilir

İlkin olaraq ölkənin rayon və şəhərlərini əhatə edən 88 İcra hakimiyyətinin rəsmi internet səhifələrində olan məlumatlar təhlil edilmişdir. Müəyyən edilmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təsdiq edilmiş formalara uyğun olaraq İcra Hakimiyyətlərinin rəsmi səhifələrində məlumatlar dərc edilmir.
Layihə çərçivəsində monitorinq digər subyektlər üzrə davam etdirilməklə mövcud durum qiymətləndiriləcək və maraqlı tərəflər monitorinqin nəticələri ilə məlumatlandırılacaqdır.

Apardığımız monitorinq bir daha göstərdi ki, yerli İcra Hakimiyyətləri öz xərcləri barəsində məlumatları cəmiyyətə açıqlamaq istəmirlər. Bu isə o deməkdir ki, yerli icra hakimiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması Qaydası”-ı barəsindəki sənədin tələblərinə əməl etmirlər. Bu isə ölkə həyatının bütün sahələrində aparılan islahatların və şəffaflaşma prosseslərinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Hesab edirik ki, hökumət bu qərərın icrasının yerli İcra Hakimiyyətləri tərəfindən təmin edilməsi məqsədilə ciddi və kordinal addımlar atmalıdır.


Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi


Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ