AMİA.AZ xəbər verir ki, Şo Taquçi (24) adlı gənc keçən ay Yaponiya polisinə ifadə verib ki, 463 ailə arasında bölüşdürülməsi nəzərdə tutulan 46.3 milyon yen (təxminən 360 min dollar) COVID-19 yardımı təsadüfən onun hesabına göndərilib.
Yamaquçi əyalətindəki Abu kurortunda yaşayan Taquçi pulları onlayn qumar saytlarında xərclədiyini və geri qaytara bilməyəcəyini dedikdən sonra əyalət polisi tərəfindən kompüter fırıldaqçılığı ittihamı ilə həbs edilib.
Taquçi daha əvvəl səhv transferdən xəbəri olduğu halda pulu xərclədiyinə görə peşman olduğunu bildirib və sözügedən məbləği ödəməyi planlaşdırdığını bildirib. Lakin onun vəkili bazar ertəsi müvəkkilinin pulu qaytara bilməyəcəyini açıqlayıb.
Səhv köçürməni həyata keçirən bələdiyyə rəsmiləri də Taquçiyə qarşı məhkəmə xərcləri də daxil olmaqla təxminən 51 milyon yen (təxminən 397.000 dollar) təzminat iddiası qaldırıb.Sfera.az