Bunu Milli.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, ermənilər fürsət düşdükcə təxribat törətməyə çalışacaqlar:
"Ermənistan 44 günlük müharibənin məğlub tərəfidir. Kapitulyasiya aktına da məcbur qalıb qol çəkiblər. Ancaq bütün bunlara rəğmən onlar çirkin niyyətlərindən əl çəkmirlər. Atəşkəsdən sonra Azərbaycan əsgərinə, işğaldan azad edilən ərazilərdə işləyən mülki şəxslərə qarşı təşkil edilən hücumlar da bunu göstərir. Qeydiyyatda olmayan qanunsuz şəkildə əli silahlı insanların Qarabağda sülhməramlı qüvvələrin yerləşdiyi ərazilərdə olması da buna növbəti sübutdur.
Düzdür, Azərbaycan qələbə çalıb. Ancaq bu qələbə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qovulması ilə nəticələnib. Və qələbə bundan ibarətdir. Amma ermənilərin baş verən və ola biləcək təxribat niyyətlərinin üstündə hələlik qələbə yoxdur. Daim ehtiyyatlı, ayıq-sayıq olmalıyıq ki, ermənilərin hər hansı edə biləcəyi təxribatının qarşısını ala bilək. Onların nə qədər ki, imkanı var təxribat ediblər, edirlər və edəcəklər də. Ancaq hamısı həmin zamana və şəraitə uyğun olaraq.
Bu, erməni hərbi-siyasi rəhbərliyinin tapşırığıdır
Onların əsir saydığı bizdə olan erməni silahlı heyəti ki var, onlar hamısı quldurluqla, terrorçuluqla məşğul olan ermənilərdir. Həmin şəxslərin hərbi əsirliklə heç bir əlaqəsi yoxdur. Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən üçtərəfli kapitulyasiya aktının 8-ci bəndində "Saxlanılan şəxslərin dəyişilməsi" qeyd olunub. Yəni, burada söhbət sənədlərin imzalandığı tarixə - 10 noyabra kimi saxlanılan şəxslərdən söhbət gedir. Ondan sonra artıq hər hansı saxlanılan şəxs terrorçuluqla, quldurluqla məşğul olan, millətindən asılı olmayaraq digər cinayətləri törədən şəxslər Azərbaycan cinayət məcəlləsinə uyğun olaraq cavab verir.
