2019-cu ildə dünyada ölən 58 milyon insanın 55 916 nəfəri Azərbaycanın payına düşüb.
BAKU.WS xəbər verir ki, ölənlərin əksəriyyəti ürək-qan damar xəstəlikləri və xərçəng xəstəsi olub. Qeyd edək ki, müxtəlif ölkələrdə ölüm faizi yaşla bağlı xəstəliklərdə əhəmiyyətli rol oynayır. Statistikaya görə, kasıb ölkələrdə ən çox ölüm faizi isə infeksion xəstəliklər durur.
Bəs Azərbaycanda ölüm səviyyəsi hansı xəstəliklərdən baş verir?
Dövlət Statistika Komitəsindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə Azərbaycanda çox insan qan dövranı sisteminn xəstəliklərindən ölüb. Bu xəstəliklərdən 32471 insan dünyasını dəyişib.
Statistikaya görə, 2019-cu ildə 8819 azərbaycanlı bədxassəli yenitörəmələrdən (şiş xəstəlikləri) ölüb.
Həmin il 2789 insan travma, zəhərlənmə və digər səbəblərdən ölüb. O ilin statistikasına əsasən 1854 adam isə tənəffüs sistemi xəstəliklərindən vəfat edib.
2019-cu ildə Azərbaycanda ən az ölüm dəri və dərialtı toxumanın xəstəliklərindən (10), həmçinin sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərindən (26) baş verib.
Qeyd edək ki, qeyd edilən statistika 2019-cu ilə aiddir. 2020-ci ilin göstəriciləri isə hələlik hazırlanmayıb.