Rusiya Prezidenti Vladimir Putin xaç suyuna girib. Dövlət başçısı müqəddəs yuyunma mərasimində iştirak edib.
AMİA.AZxəbər verir ki , bu barədə prezidentin mətbuat katibi D.Peskov məlumat verib.
“Bir çoxları məndən soruşur ki, prezident müqəddəs yuyunma mərasimində iştirak edib, ya yox. Bilirsiniz ki, o, ənənəvi olaraq bu tədbirdə iştirak edir”, - deyə mətbuat katibi bildirib.
Mərasimdə pravoslav inanclı vətəndaşlar xüsusi hovuzlara baş vururlar. V.Putin də bu adət-ənənəyə riayət edib.
Qeyd edək ki, pandemiya səbəbindən bu il mərasimdə iştirak edənlərin sayı az olub.