Türkiyə Prezidenti Ərdoğanın "Mənə meydan oxuma, həddini bil. Biz öz göbəyimizi özümüz kəsərik, onun üçün çılgın türkləri tanıyacaqsan", deyə yunan Baş nazirinə xəbərdarlığına cavab gecikməyib.
AMİA.AZTürkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanın bu xəbərdarlığına Yunanistan Baş naziri Kiryakos Miçotakis yunan televziyasındakı çıxışında cavab verib.
Kipr probleminə toxunan Baş nazir bildirib ki, çılğınlıqla bir nöqtəyə gəlmək mümkün deyil: "Geçmişdə belə sözlər söylənib. Önəmini kiçiltmirəm, ancaq bu sözlərin üstündə də çox durmayacağam. Ümid edirəm, ani bir çıxışdır. Ərdoğa bundan bir gün əvvəl Makron haqqında da eyni ifadələri işlədib. Ancaq biz çılğınlıqla nəticələrə nail ola bilmərik".