Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın üçüncü mərhələsini elan edərsə, yəni bir neçə ölkədə intensiv artım təkrarlanarsa, bunu üçüncü dalğa kimi dəyərləndirmək olar.
AMİA.AZxəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, yoluxma artarsa, Azərbaycan da qabaqlayıcı tədbirlər görə, karantin qaydaları yenidən sərtləşdirilə bilər:
Professor vaksinasiyanın hazırda davam etdiyini və müsbət nəticələr əldə oluna biləcəyini bildirib:
“İnsanlar vaksinasiya olunmalı, social məsafə və maskadan istifadəni unutmamalıdırlar. Bizim artıq bir ilə yaxın bir vərdişimiz formalaşıb, maska geyim atributuna çevrilib. Buna diqqəti artırmaq, sosial məsafə gözləmək lazımdır ki, yeni dalğadan və qapanmalardan qorunaq”.