Redaktor.az-a açıqlama verən siyasətçi maraqlı məqamlara toxunub. O bildirib ki, Ermənistanda sanki Qərb və Rusiyanın eksperimenti keçirilir:
“Əvvəlcə Baş nazir Nikol Paşinyanın məhs 44 günlük müharibədə cinayətkar olduğu məsələsini ortaya qoymağa çalışdılar, uduzmağın onunla bağlı olduğunu vurğuladılar. Bu məsələ baş tutmadıqda müxalifət keçmiş Baş nazir Vazgen Manukyanı ortaya çıxardı.
Rusiya nə qədər ki, Nikol Paşinyanı əvəz edəcək şəxs tapmıyıb, bu proseslərin sonu yoxdur, Nəzərə alaq ki, Qərb də birmənalı şəkildə Nikol Paşinyanı dəstəkləyir".
Millət vəkili Rusiyanın Ermənistan üçün açar fiquru olduğuna görə, Nikol Paşinyanın getməsinə “hə” deməli olduğunu bildirib.
“Çünki “İskəndər” raketləri ilə bağlı Nikol Paşinyanın açıqlaması ajeotaj yaratdı, sonradan isə özünün səhv məlumatlandırıldığını bildirdi. Belə görünür ki, Rusiya hələ ki, onunla razılaşı".
Loading...