Oğlu haqqında xatirələrini Publika.az-a bölüşən şəhid atası Ziyad İsgəndərov bildirib ki, Şahin Oktyabrın 8-də Cəbrayıl döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Azərbaycan xalqına bu tarixi zəfəri bəxş edən qəhrəmanlardan biri olan şəhidin həyat yolundan atası danışıb:
İkinci Vətən müharibəsinin qəhrəmanı Şahin Ziyad oğlu İsgəndərov Zaqatala rayonunun Qandax kəndində 2001-ci ilin 21 avqust tarixində, sadə, zəhmətsevər bir ailədə dünyaya göz açıb. Ailədə iki qardaş olublar:
Sonuncu dəfə oktyabrın 6-da danışmışdıq, hamıya salam göndərdi. Vurulmazdan əvvəl silahdaşlarına vəsiyyət edib ki, əgər şəhid olsam, anamı mənim yerimə qucaqlayıb alnından öpərsiniz. Cənazəsi gətiriləndə əsgər yoldaşı gəldi və oğlumun vəsiyyətini yerinə yetirdi”.
“Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilən Şahin İsgəndərov Tovuz döyüşlərindən sonra ağır təlimlər keçib:
“Oktyabrın 8-də Cəbrayıl döyüşlərində başından snayperlər vurulub, 2 gün yaralı qalıb. 8-indən 9-una keçən gecə yuxumda oğlumun yaralandığını gördüm. Başını dizlərimə qoyub təsəlli verməyə çalışanda yuxudan ayıldım... Bir neçə saat sonra şəhid xəbəri gəldi... Şahinin Tovuz döyüşlərindən sonra təlimləri gücləndirilmişdi, 9 ay idi ki, oğlumun üzünü görmürdüm. İndi yuxularıma gəlmir, amma inanıram ki, ruhu şaddır. Şəhid atasının bundan başqa təsəllisi yoxdur, bu inanc bizi sakitləşdirir. O, həmişə arzu edirdi ki, bu vətənin layiqli bir qəhrəmanı olsun, birinci Qarabağ müharibəsində öldürülən körpələrimizin qısasını alsın. Şahin öz arzusuna çatdı, ailəsinin və vətənin başını uca edən oğullardan oldu”.
Loading...