kargo

İran bankının Bakıdakı filialı mənfəətini kəskin artırıb – Rəqəmlər

İran bankının Bakıdakı filialı mənfəətini kəskin artırıb – Rəqəmlər

209
Bu ilin ilk yarısında "Bank Melli İran" Bakı filialı 2 milyon 83 min manat xalis mənfəət əldə edib.

AMİA.AZ xəbər verir ki, bu barədə məlumat bankın hesabatında yer alıb.
Bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk yarısında "Bank Melli İran" Bakı filialının xalis mənfəəti 2,3 dəfə artıb. Belə ki, 2022-ci ilin ilk yarısında bankın xalis mənfəəti 806 min manat olub.
Qeyd edək ki, xalis mənfəətin 70%-dən çoxu – 1,4 milyon manatı bu ilin 2-ci rübü ərzində əldə olunub.
Onu da bildirək ki, bu ilin may ayında mətbuatda yayılan xəbərlərdə Mərkəzi Bankın "Bank Melli İran" Bakı filialının fəaliyyətini məhdudlaşdırdığı yazılıb.
Məlumata görə, Mərkəzi bank "Bank Melli İran" Bakı filialına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.
Xatırladaq ki, "Bank Melli İran" Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,6 milyon manatdır.
Amia. Az saytının whatsapp və əlaqə nömrəsi 055 776-53-60

XƏBƏR LENTİ