kargo
kargo

Lukaşenko KTMT-nin növbəti hədəfini göstərdi - Bu ölkəyə hücum ediləcək?

1 134
Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri rəhbərlərinin videokonfrans formatında keçirilən sammitdə Qazaxıstandakı son hadisələr müzakirə etdildi. Görüş zamanı Qazaxıstandakı son hadisələrlə yanaşı, növbəti hədəflə bağlı da müzakirələr aparılıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko çıxışı zamanı deyib ki, Qazaxıstanda baş verən hadisələrdən ilk növbədə Özbəkistan dərs çıxarmalıdır. Lukaşenko fikrini bununla əsaslandırıb ki, Qazaxıstanda baş verən etirazların əsas dayağı peşəkar terrorçulardır: "Bizi gələcəkdə ciddi çağırışlar gözləyir, KTMT-ni gücləndirməliyik”.

Belarus Prezidenti bu açıqlaması ilə növbəti hədəfin Özbəkistan ola biləcəyi mesajını verib. Lukaşenko "Qazaxıstanda baş verən etirazların əsas dayağı peşəkar terrorçulardır” deyərək faktiki olaraq Kremlin Qazaxıstanda olduğu kimi hər an Özbəkistanda da iğtişaşlar törədə biləcəyinin anonsunu vermiş oldu.

Növbəti hədəf kimi Özbəkistan görünsə də, Qazaxıstanda baş verən hadisələrin bu ölkədə təkrarlanacağı çətin proqnozlaşdırıla bilən ehtimaldır:

Birincisi, Özbəkistan Mərkəzi Asiyanın sayca ən çox əhaliyə malik türk respublikasıdır. 31 milyondan çox əhəlisi olan Özbəkistan 448.978 kvadrat kilometr əraziyə malikdir. Yəni Qazaxıstandan fərqli olaraq ərazi və əhali balansı bu ölkədə qeyri-müəyyən deyil. Təkcə paytaxt Daşkənddə 2,5 milyon nəfər yaşayır. Nəticə etiabri ilə

Kremlin Özbəkistanda ortaya çıxaracağı iğtişaşlar Qazaxıstandakı kimi nə rahatlıqla idarə ediləcək, nə də sakitləşəcək.

İkincisi, Qazaxıstandan fərqli olaraq Özbəkistanın Əfqanıstanla sərhədi var. Bu da onda xəbər verir ki, ABŞ proseslərə Qazaxıstanda olduğu kimi səssiz qalmayacaq. Digər tərəfdən, Əfqanıstan hazırda özbəklərin ən çox yaşadığı ikinci ölkədir. Hazırda bu ölkədə 3 milyon özbək yaşayır və Əfqanıstanda özbək əslli general, Əbdül Rəşid Dostum faktoru da var. Dostum Əfqanıstandakı özbəklərin lideridir. Yəni Özbəkistanda baş verəcək gərginliyə o, səssiz qalmayacaq.

Üçüncüsü, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinə əsasən Qazaxıstana müdaxilə edə bildi. Lakin Özbəkistan KTMT üzvü deyil və bu ölkəyə müdaxilə etmək üçün Kremlin əsası olmayacaq.

Nəticə etibarilə Kreml özü də yaxşı anlayır ki, Özbəkistan Qazaxıstan deyil və bu ölkədə eyni ssenarisi işə yaramayacaq. Buna görə də Kreml Belarus Prezidenti Aleksandr Lukaşenkonun fonunda Özbəkistana açıq mesaj göndərərək rəsmi Daşkəndin nəbzini yoxlamaq istəyir.sfera.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ