kargo
kargo

Azərbaycanda "Omikron" ştamı aşkarlandı - Karantin sərtləşdirilə bilər

420
Azərbaycanda ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K Omicron variantı aşkarlanıb.

AMİA.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydıqları məlumatda qeyd olunur.

"Omikron" ştamına yoluxanların olması ölkədə karantin tədbirlərinin yenidən sərtləşdirilə biləcəyini gündəmə gətirib. Məsələ ilə bağlı baku.ws-ə açıqlama verən həkim, tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, vəziyyət pisləşərsə karantin yenidən sərtləşdirilə bilər:

"Azərbaycanda "Omikron" ştamına yoluxanların sayı ilə bağlı reallığı birmənalı demək çətindir. Qonşu ölkələrdə xəstə sayı bu qədər çoxdursa, Azərbaycanda da olması tam real və məntiqlidir.

Hazırki dönəmdə biz karantin tədbirlərini gözləməliyik, vaksinasiyanı intensivləşdirməliyik, mümkün qədər təmasları azaltmalıyıq ki, yoluxma sayı az olsun.

Fikrimcə, hazırda xüsusi sərtləşdirməyə ehtiyac yoxdur. Təbii ki, "Omikron" ştamı sayəsində həddən artıq xəstə sayı artarsa, xəstəxanalara yerləşdirilənlərin sayı çoxalarsa, epidemioloji vəziyyət pisləşərsə, vacib qərar verilə və karantin sərtləşdirilə bilər".
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ