kargo
kargo

Putindən şok açıqlama - Qazaxıstanı “öz evi" adlandırdı

324
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstandakı vəziyyətə ardıcıl və operativ reaksiya verə bilib”.

AMİA.AZ xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KTMT ölkələri liderlərinin onlayn görüşü zamanı deyib.

“Biz bilirik ki, Qazaxıstanın dövlətçiliyinə təhlükə yanacağın qiymətləri ilə bağlı kortəbii mitinqlərdən yox, daxili və xarici qüvvələrin vəziyyətdən sui-istifadə etməsindən yaranıb”, - Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, Qazaxıstanda baş verən hadisələr MDB dövlətlərinin daxili işlərinə kənardan müdaxilənin ilk və sonuncu cəhdi deyil.

“KTMT-nin həyata keçirdiyi tədbirlər açıq şəkildə göstərdi ki, biz evdə vəziyyətin sarsılmasına və qondarma rəngli inqilablar ssenarisinin reallaşmasına imkan verməyəcəyik”, - Putin vurğulayıb.teleqraf.com
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ