Bu barədə AMİA.AZ -a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən xəbər verilib.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 60, dövlət nümunəli olmayan diplom səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 333, Rusiya Federasiyasından 228, Türkiyə Respublikasından 78, Belarus Respublikasından 54, Gürcüstandan 44, digər ölkələrdən isə 46 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq 99, maliyyə üzrə 74, yanğın təhlükəsizliyi mühəndisliyi 74, iqtisadiyyat üzrə 72, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 49 müraciət qeydə alınmışdır.