Bakıvaxtı.az xəbər verir ki. bunu tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl Qaynar TV-yə bildirib.
Onun sözlərinə görə, "omikron"la bağlı əsas qorxu onun daha yoluxdurucu olması ilə bağlıdır. Həkim bildirib ki, əvvəl bir xəstə 10 nəfərin içində birini yoluxdururdusa, indi bu say 3-4 dəfə artacaq.
O, ölkəmizdəki səhiyyə sisteminin bu an üçün vəziyyətə hazır olduğunu, ancaq yoluxmuş aktiv xəstə sayının 50-60 minin üzərində olarsa, fəlakətlə üzləşə biləcəyimizi bildirib.
"Omikron 5-ci dalğanı başladacaq. Artıq Azərbaycanda buna hazırlaşmalıyıq" deyən Vasif İsmayıl hətta ev daxilində belə öpüşməyə 2-3 ay fasilə verməyi məsləhət görür.